Gürcüstan vaksin tədarükü ilə bağlı Çinlə danışıqlar aparır
Region
- 06 mart, 2021
- 04:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan peyvənd tədarükü ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze Birinci kanalın "Günün mövzusu" proqramında deyib.
Nazirin sözlərinə görə, Gürcüstan vətəndaşları üçün Çin vaksini ilə peyvənd olunmaq imkanı yaradılacaq: "Biz bilirik ki, Çin vaksini ənənəvi metod üzrə hazırlanır. Buna görə də istisna etmirəm ki, vətəndaşlarımız arasında bu peyvəndə tələbat kifayət qədər yüksək olacaq".
E.Tikaradze qeyd edib ki, peyvənd tədarükü ilə bağlı İsraillə də danışıqlar aparılır.
Qeyd edək ki, Gürcüstana "Pfizer" vaksininin martın 22-dən sonra bir həftə ərzində çatdırılacağı gözlənilir.
Son xəbərlər
14:10
Vüqar Gülməmmədov: "Qanunda nəticə əsaslı büdcənin tətbiqi təsbit olunmalıdır"
Maliyyə
14:09
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
Hadisə
14:04
Antonio Quterreş iqlim ədaləti haqqında yeni müqavilə bağlamağa çağırıb
Ekologiya
14:03
BMT-nin Baş katibi Bakıda COP29-un yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb
Ekologiya
14:03
Nazir: "Sosial sığorta borclarının yaranma səbəbləri araşdırılmalıdır"
Maliyyə
13:59
Quterreş: 2025-ci ildə atmosferə emissiyalar rekord həddə çatıb
Ekologiya
13:55
Nazir: "Növbəti il ölkədə böyük sosial paket həyata keçiriləcək"
Maliyyə
13:54
Sahil Babayev: "2027-ci il dövlət büdcəsində güzəştlər iqtisadi və sosial meyarlara əsaslanır"
Maliyyə
13:51
İspaniyada etirazçılar teleradio şirkətlərinin yayımına mane olublar - Yenilənib
Digər ölkələr