Gürcüstan müdafiə naziri: Əsas missiya birgə səylərlə regional sabitliyi qorumaqdır

Region
  • 09 oktyabr, 2025
  • 20:42
Gürcüstan müdafiə naziri: Əsas missiya birgə səylərlə regional sabitliyi qorumaqdır

Avropa ilə Asiya arasında körpü rolunu oynayan Cənubi Qafqaz tarixən həmişə geostrateji region olub. Bu mənada ölkələrimiz arasında əməkdaşlıq çox vacibdir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ankarada azərbaycanlı həmkarı Zakir Həsənov və türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, vurğulayıb ki, üç ölkənin əsas missiyası birgə səylərlə regional sabitliyi qorumaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməklə həllə nail olmaqdır:

"Bu strateji səviyyəli səfərlər, birgə təlimlər, üçtərəfli təlim kursları, hərbi ekspertlərin toplaşdığı görüşlər çox böyük fürsətdir. Üçtərəfli təlimlər bizim üçün çox vacibdir və bugünkü üçtərəfli görüşlər çox yüksək səviyyədə oldu. Bu strateji əlaqələrin uğurla davam edəcəyinə əminəm".

Son xəbərlər

Bütün Xəbər Lenti