Gürcüstan Konstitusiyasına düzəlişlər təklif olunub
Region
- 29 iyun, 2021
- 14:05

Gürcüstanın dövlət Konstitusiyasına düzəlişlərlə bağlı qanun layihəsi hazırlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, hakim və müxalifət partiyalarını təmsil edən 91 deputatın imzaladığı sənəd parlamentə təqdim olunub.
Düzəlişlərdə 2024-cü ildə keçiriləcək parlament seçkilərində seçki baryerinin 5 %-dən 2 %-dək azaldılması təklif edilib.
Sənəddə həmçinin 2024-cü ilədək və həmin ildə qanunverici orqanda fraksiya üzvlərinin sayının 4-dən az olmaması və növbəti iki çağırış parlamentində baş prokurorun bütün üzvlərin beşdə üç səs çoxluğu ilə seçilməsi nəzərdə tutulub.
Qanun layihəsinin gələn həftə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Dövlətin əsas qanununa düzəlişlərin qəbul edilməsi üçün 113 deputatın dəstəyi tələb olunur.
Son xəbərlər
09:48
Türkiyədə 666 qeyri-qanuni miqrant və 52 təşkilatçı saxlanılıb
Region09:45
Foto
Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
Elm və təhsil09:41
UEFA Gənclər Liqası: "Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli olub
Futbol09:37
Ronaldu bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb
Futbol09:26
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Energetika09:24
Azərbaycan sərhədini keçən İran vətəndaşları saxlanılıb
Hadisə09:20
Qusarda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə09:19
Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi09:13