FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb

Hadisə
  • 12 oktyabr, 2026
  • 09:20
FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 meyit aşkarlanıb

Ötən həftə ərzində 135 yanğına çıxış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.