Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək

Region
  • 21 may, 2018
  • 23:01
Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək

Tbilisi. 22 may. REPORT.AZ/ Gürcüstanda ilk Demokratik Respublikanın yaranmasının 100 illik yubileyi ilə əlaqədar Tbilisidə keçiriləcək tədbirdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.

“Report”un yerli bürosu Gürcüstanın Prezident Administrasiyasına istinadla xəbər verir ki, mayın 26-da keçiriləcək yubiley tədbirinə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar.

Qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak edəcək, sonra parlamentdə təşkil olunacaq “Xoşbəxtlik naminə əməkdaşlıq – yeni əsrin strategiyası” adlı “dəyirmi masa”ya qatılacaqlar.

Məlumat üçün qeyd edək ki, 26 May - Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.

44 filmi