“Forbes”: Son bir ildə Bidzina İvanişvilinin sərvəti 1,5 milyard dollar azalıb
Region
- 12 mart, 2021
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın “Forbes” jurnalı Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişvilinin sərvətini 3,3 milyard dollar səviyyəsində qiymətləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın ən zəngin insanının var-dövləti il ərzində 1,5 milyard dollar azalıb.
Nəşrdə bildirilib ki, B.İvanişvilinin bu günə olan sərvəti son 11 il ərzində minimal həddə çatıb. O, planetin ən varlı insanlarının reytinqində 349-cu yerdən 906-cı yerə düşüb. Bu cür kəskin enmənin səbəbi açıqlanmır.
Qeyd edək ki, bu ilin yanvarın 11-də gürcü milyarder siyasəti və hakim partiya rəhbərliyini tərk edib. Bundan öncə o, sərvətinin böyük hissəsini rəhbərlik etdiyi “Kartu” xeyriyyə fonduna bağışlayıb.
Son xəbərlər
09:00
Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol
08:51
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Digər ölkələr
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr