Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Futbol
  • 24 oktyabr, 2026
  • 09:00
Premyer Liqa: Kəpəz bu gün Şəfa ilə, Neftçi Turan Tovuzla üz-üzə gələcək

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq.

Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

16:30. "Şəfa" – "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.

VAR: Vüqar Həsənli.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

"SOCAR Polymer Arena"

19:00. "Neftçi" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Palms Sports Arena"

Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

44 filmi