Hakan Fidan PKK-nın özünü buraxmasını dəyərləndirib

Region
  • 12 may, 2025
  • 15:28
Hakan Fidan PKK-nın özünü buraxmasını dəyərləndirib

PKK-nın özünü buraxması tarixi və əhəmiyyətli qərardır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniya baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Ayman Safadi və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şaybani ilə birgə mətbuat konfransında deyib.

H.Fidan bildirib ki, prosesin bundan sonrakı gedişini diqqətlə izləyəcəklər.