Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Region
  • 07 sentyabr, 2026
  • 13:42
Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regional FHN Baş İdarəsi bildirib.

Qurumun məlumatına görə, daha altı alpinistin taleyi hələ məlum deyil. Ümumilikdə 33 nəfərlik qrup uçqun altında qalıb.

"10 nəfər müstəqil şəkildə enib, altı alpinist xəsarət alıb və tibb müəssisələrinə çatdırılıb", - deyə FHN əlavə edib.

Qeyd olunur ki, axtarış əməliyyatına 50-dən çox xilasedici cəlb edilib.

Rusiyanın İstintaq Komitəsi səhlənkarlıq üzrə cinayət işi qaldırıb.

Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" mənbələrə istinadən məlumat yayıb.

"Kabardin-Balkar Respublikasında verən qar uçqunu nəticəsində 7 nəfər ölüb", - nəşrin həmsöhbəti qeyd edib.

Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində azı iki nəfər ölüb, 10 nəfər itkin düşüb.

"Report"un xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xilasedicilər hadisə yerindən üç zərərçəkəni təxliyə ediblər, onlar helikopterlə Nalçikə aparılıb və orada Fəlakət Tibbi Mərkəzinin əməkdaşlarına təhvil verilib.

Ölənlərin meyitinin sabah təxliyə edilməsi planlaşdırılır.

Qeyd edək ki, Mijirqinin yamacında qar uçqunu olub və 15 alpinisti əhatə edib.