Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər

Digər ölkələr
  • 07 sentyabr, 2026
  • 03:52
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinə son qoymaq barədə danışıqlardan sonra Kiyevi tərk edirlər.

"Report"un xəbərinə görə, bu barədə "Ukrayna Dəmir Yolları" teleqram kanalında məlumat verib.

"Biz Stiv Uitkoff və Cared Kuşnerin xüsusi qatarını yola saldıq", - şirkətin açıqlamasında deyilir.

"RBC-Ukraina"nın məlumatına görə, bir neçə danışıqlardan və yekun mətbuat konfransından sonra Zelenski Amerika elçiləri ilə ayrıca görüş keçirib.

Təkbətək görüşün təfərrüatları açıqlanmır.

44 - Tezliklə