Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb

Region
  • 19 may, 2025
  • 17:15
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb

Ermənistanın paytaxtı İrəvanın mərkəzində yük maşını aşaraq partlayıb.

“Report” erməni KİV-inə istinadən xəbər verir ki, hadisə Dövlət Nəzarət Xidməti binasının yaxınlığında - Ermənistan prezidentinin iqamətgahının arxasında baş verib.

Xilasetmə Xidmətinin məlumatına görə, ümumilikdə dörd nəqliyyat vasitəsi toqquşub, onlar yanıb.

Hadisə yerində dörd xilasetmə briqadası işləyir.

44 filmi