Ermənistanın müxalifət lideri: “Paşinyan ölkəni parçalayacaq”

Region
  • 04 sentyabr, 2023
  • 23:52
Ermənistanın müxalifət lideri: “Paşinyan ölkəni parçalayacaq”

“Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub. Bu o deməkdir ki, ölkəmiz parçalanacaq”.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunları “Ermənistan” alyansın lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyan deyib.

Ağsaqqallar Şurası seçkilərində iştirak edən yeganə qurumun - “Ermənistan” alyansının rəhbəri hakimiyyəti tamamilə dəyişməyi təklif edib.

O qeyd edib ki, alyansın üzvləri ev-ev, həyət-həyət gəzərək həyəcan təbili çalır. Tevanyanın sözlərinə görə, Ermənistanın mövcudluğu təhlükə altındadır.