Ermənistanda virusdan ölənlərin sayı 4 566-ya yüksəlib

Region
  • 18 iyul, 2021
  • 06:59
Ermənistanda virusdan ölənlərin sayı 4 566-ya yüksəlib

Ermənistanda daha 132 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 227 430-a çatıb. Son sutkada daha yeddi nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 566-ya yüksəlib.

Koronavirusa yoluxan 218 331 nəfər sağalıb, 3 421 pasiyent müalicə olunur.

44 - Tezliklə