Ermənistanda koronavirusa yoluxanların sayı 43 451-ə yüksəlib

Region
  • 28 avqust, 2020
  • 06:55
Ermənistanda koronavirusa yoluxanların sayı 43 451-ə yüksəlib

Ermənistanda daha 181 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 451-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 869-a çatıb. İndiyədək 37 264 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 052 aktiv koronavirus xəstəsi var.