Ermənistanda koronavirusa yoluxanların sayı 240 953-ə çatıb

Region
  • 28 avqust, 2021
  • 06:50
Ermənistanda koronavirusa yoluxanların sayı 240 953-ə çatıb

Ermənistanda daha 692 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 240 953-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 812-ya yüksəlib.

Koronavirusa yoluxan 225 963 nəfər sağalıb. Hazırda 9026 pasiyent müalicə olunur.