Ermənistanda kəskin respirator xəstəliklər 20 % artıb

Region
  • 12 sentyabr, 2022
  • 01:37
Ermənistanda kəskin respirator xəstəliklər 20 % artıb

Ermənistanda kəskin respirator xəstəliklər ötən həftə ilə müqayisədə 20 % artıb.

"Report" xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin epidemioloqu Nerses Qriqoryan deyib.

Onun sözlərinə görə, xəstəliyə daha çox yoluxma halları 4 yaşa qədər (əvvəlki həftə ilə müqayisədə 1,4 dəfə artım) və 5 yaşdan 14 yaşa qədər (1,5 dəfə çox) uşaqlarda aşkar edilib. Yetkin əhali arasında kəskin respirator xəstəliklər daha az yayılıb: xəstəliyə yoluxma hallarının sayı 1,1 dəfə artıb.

Qriqoryan qeyd edib ki, bu gün Ermənistanda paraqrip və rinovirus xüsusilə geniş yayılıb. Onun əlamətləri - qızdırma, yuxarı tənəffüs yollarının iltihabı, əzələ ağrısı, zəiflikdir.