Ermənistanda rüşvətxor məmurlar saxlanılıblar

Region
  • 20 aprel, 2025
  • 12:38
Ermənistanda rüşvətxor məmurlar saxlanılıblar

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Onlar rüşvət almaqda şübhəli bilinirlər.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

Məmurların adları və vəzifələri açıqlanmır.

44 - Tezliklə