Ermənistanda hərbi hissə yaxınlığında partlayış olub, xəsarət alan var
Region
- 18 noyabr, 2021
- 03:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Şirak əyalətində hərbi hissə yaxınlığında partlayış olub.
Bu barədə “Report” Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İstintaq Komitəsinin Şirak rayonu üzrə İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, cinayət işi çərçivəsində N saylı hərbi hissənin yaxınlığında partlayışın baş verməsi səbəblərini müəyyənləşdirmək üçün tədbirlər görülür.
Hadisənin hansı şəraitdə baş verməsi açıqlanmır.
Son xəbərlər
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr