Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
- 06 noyabr, 2026
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Amerika Konqresinə aralıq seçkilərindən sonra milli təhlükəsizlik üzrə komandası ilə İranla bağlı ilk müşavirəsini keçirib.
"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.
"Cümə axşamı Tramp və onun milli təhlükəsizlik üzrə baş məsləhətçiləri kəşfiyyat üzrə həftəlik brifinq çərçivəsində seçkilərdən sonra ilk dəfə İranla bağlı görüşüblər", - portalın həmsöhbəti bildirib.
Nəşrin qeyd etdiyi kimi, yeni zərbələr İranın nüvə proqramına birdəfəlik son qoymağa yönələ bilər. Bununla yanaşı, Amerika Prezidenti İranı dağıtmağa davam etmək istəmədiyini bildirib.
Bunun fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarına mümkün qayıdış üçün hazırlıqları başa çatdırır. Lakin amerikalı rəsmi bildirib ki, hərbçilər hələlik Vaşinqtondan yeni göstərişlər almayıblar.
Daha əvvəl ABŞ Prezidentinin İranla bağlı üç fəaliyyət variantını nəzərdən keçirdiyi barədə informasiya yayılıb. İrana yeni zərbələr, iqtisadi təzyiq və ya saziş bağlamaq variantlar arasındadır.