Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib

Region
  • 06 noyabr, 2026
  • 04:07
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib

Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.

Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub.

O, həmin tarixdə fond dələduzluğu və birja manipulyasiyası iddiaları ilə bağlı partiyadakı mövqeyinin istintaqa kölgə salmaması üçün bütün vəzifələrindən istefasını istəyib. Noyabr ayında onun partiyadan xaric edildiyi açıqlanıb.