Ermənistan ordusunun hərbçiləri arasında dava olub

Region
  • 22 avqust, 2017
  • 13:50
Ermənistan ordusunun hərbçiləri arasında dava olub

Bakı. 22 avqust. REPORT.AZ/ Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən düşmən ordusunun bölmələrində cinayət hadisələri baş verməkdə davam edir.

"Report"un məlumatına görə, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədənkənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində bölük komandiri Qrikoryan vəzifəsindən sui-istifadə edərək tabeçiliyində olan Hamo adlı əsgərə qarşı fiziki güc tətbiq edib. 

Xəsarət alan əsgərin valideynləri, övladlarına qarşı tez-tez belə hərkətlərə yol verildiyindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburyyətində qaldıqlarını bildiriblər.

Ağdərə ətrafında yerləşən digər bölmələrin birində də döyüş mövqeyində post başçısı Tiqran ilə Sasun Spartaki Vağunts adlı hərbi qulluqçu arasında baş verən mübahisə nəticəsində hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarəti alıb.

Baş verən hadisələri ört-basdır etmək mümkün olmadığından komandanlıq cinayət işinin başlanması üçün hərbi polisə müraciət edib.