Ermənistan müxalifəti hakimiyyəti inzibati resurslardan istifadə etməkdə ittiham edib

Region
  • 18 oktyabr, 2025
  • 13:31
Ermənistan müxalifəti hakimiyyəti inzibati resurslardan istifadə etməkdə ittiham edib

Ermənistanda seçkiqabağı kampaniya başlayanadək siyasi qüvvələrin təbliğat aparmasına məhdudiyyət qoyulmur.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan müxalifətin hakimiyyəti inzibati resurslardan istifadə etməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətdə seçki kampaniyası ilə bağlı yanlış təsəvvür mövcuddur.

"Seçkiqabağı təbliğat məhz məhdudiyyətlər dövrüdür. Kampaniyanın rəsmi qaydada başlanmasına qədər siyasi qüvvələr və ayrı-ayrı fiqurlar 5 il ərzində sərbəst şəkildə təbliğat apara bilərlər. Bu dövrdə siyasi qüvvələr üçün yeganə məhdudiyyət maliyyələşdirmənin qanuniliyini, şəffaflığını təmin etməkdir", - o bildirib.

MSK sədri qeyd edib ki, seçkiqabağı kampaniya dövründə siyasi qüvvələrin yol verdiyi pozuntular nəticəsiz qalmayacaq.

Daha əvvəl MSK Vaqarşapat Ağsaqqallar Şurasına seçkilərdə səkkiz siyasi qüvvənin iştirak edəcəyini bildirib.

Növbədənkənar seçkilər bu il noyabrın 16-da keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti