Ərdoğan: "Türkiyədə saxlanılan 4 min nəfər arasında 103 general var"

Region
  • 21 iyul, 2016
  • 20:31
Ərdoğan: Türkiyədə saxlanılan 4 min nəfər arasında 103 general var

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə edilən cəhddən sonra ölkədə 4 min nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bunu "Reuters"ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, saxlanılanlardan 103 nəfəri generaldır.