Ərdoğan Rusiya səfirinin qətlə yetirilməsini ikitərəfli münasibətlərə yönəlmiş təxribat adlandırıb

Region
  • 19 dekabr, 2016
  • 20:14
Ərdoğan Rusiya səfirinin qətlə yetirilməsini ikitərəfli münasibətlərə yönəlmiş təxribat adlandırıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsini ikitərəfli münasibətlərə yönəlmiş təxribat adlandırıb.

"Report" xəbər verir ki, Türkiyə prezidenti bunu bazar ertəsi TRT telekanalının efirində bildirib.

O qeyd edib ki, "Türkiyə və Rusiya baş verən hadisənin araşdırılması üçün birgə istintaq komissiyası yaradacaq".