Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
- 24 sentyabr, 2026
- 01:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İran BMT-nin fəaliyyətinə inamın bərpa olunmasının bütün dövlətlərin nizamnamənin prinsipləri və məqsədlərinə, habelə beynəlxalq hüquqa sadiq qalmasını tələb edib və ABŞ-nin hücumlarına göz yummamağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi almaniyalı həmkarı Yohann Vadefulla görüşdə bildirib.
Əraqçi Avropa İttifaqının (Aİ) Tehrana qarşı mövqeyini də qınayıb.
Görüşdə İsrailin Yaxın Şərqdəki addımları pislənib, səbəb kimi Almaniya və bəzi digər Avropa ölkələrinin Təl-Əvivə hərbi-siyasi dəstəyi göstərilib.
Əraqçi həmçinin İranın dinc nüvə proqramına da toxunub. "Heç bir tərəf İranın danışıqlardakı xoş niyyətini və dialoq zamanı ABŞ və İsrailin hücumunu gözardı edə və Tehranı Hörmüz boğazında qeyri-sabitliyin səbəbkarı kimi qələmə verə bilməz", - Əraqçinin "Telegram" kanalında bildirilib.
Bu görüşdə İran-Almaniya ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib, eləcə də diplomatik və konsulluq məsləhətləşmələri barədə fikir mübadiləsi aparılıb.