Əraqçi: İranlılar dialoq apararkən hücum etmirlər
- 20 mart, 2026
- 18:31
Yeniliklərdən dərhal xəbərdar olun!
İran danışıqlar zamanı heç bir ölkəyə qəfil hücum etmir.
"Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında ABŞ Prezidenti Donald Trampın çıxışını belə şərh edib.
"Biz prinsipial insanlarıq və iranlılar dialoq apararkən xəlvəti hücum etmirlər",- o deyib və əlavə edib ki, İran hücuma məruz qalanda qətiyyətli cavab verir.
Əraqçi İsrailin İrandakı infrastruktura zərbə endirmək planları haqqında kəşfiyyat məlumatlarının olduğunu bildirib:
"Bir daha infrastrukturumuza hücum ediləcəyi təqdirdə təmkinlə qarşılamayacağıq".
We are men and women of principles. Iranians do not sneak attack adversaries while engaged in dialogue. Only when attacked do we powerfully respond.
— Seyed Abbas Araghchi (@araghchi) March 20, 2026
We have intelligence on Israeli plans to strike infrastructure. Once again: ZERO restraint if our infrastructure is attacked. pic.twitter.com/O00YrSZquv