Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
- 08 sentyabr, 2026
- 01:26
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə telefonla danışıb və tərəflər ABŞ ilə İsrailin Tehrana qarşı apardığı siyasəti müzakirə ediblər.
"Report" xəbər verir ki, Əraqçi bu barədə "Telegram" kanalında məlumat yayıb.
"Nazir söhbət zamanı ABŞ və İsrailin İrana qarşı təcavüzündən sonra baş verən regional hadisələr barədə İƏT-in baş katibini məlumatlandırıb və İslam ölkələrinin İranın suverenliyi, ərazi bütövlüyünün pozulmasına məsuliyyətli reaksiya verməsinin, eləcə də güc tətbiq edilməsi və təcavüzə qarşı mübarizənin zəruriliyini vurğulayıb", - məlumatda qeyd olunub.
İsrailin Fələstin və Livana qarşı siyasəti ətrafında da fikir mübadiləsi aparılıb: "Ölkəmizin xarici işlər naziri həmçinin İƏT-in yeni baş katibini Tehrana səfərə dəvət edərək, bu səfərin ilk uyğun fürsətdə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib".