​Dağıstanda hökumət qüvvələri ilə silahlılar arasında atışmada bir nəfər öldürülüb

Region
  • 11 avqust, 2016
  • 06:42
​Dağıstanda hökumət qüvvələri ilə silahlılar arasında atışmada bir nəfər öldürülüb

Bakı. 11 avqust. REPORT.AZ/ Dağıstan Respublikasının Botlix rayonunun Andi kəndində silahlılarla güc strukturlarının əməkdaşları arasında baş verən atışma nəticəsində yaraqlı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda respublikanın güc strukturları məlumat yayıb.

Andi kəndində saat 06.30-dan (Bakı vaxtı ilə) etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.