Yunanıstan sahillərində 2 kater batıb, 12 nəfər ölüb - Yenilənib

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 13:48
Yunanıstan sahillərində 2 kater batıb, 12 nəfər ölüb - Yenilənib

Göyərtəsində qanunsuz miqrantların olduğu 2 kater Yunanıstanın Lesbos və Samos adaları yaxınlığında batıb, 12 nəfər, o cümlədən 1 körpə ölüb.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Samosda əcnəbiləri daşıyan kater ada yaxınlığında çevrildikdən sonra axtarış-xilasetmə əməliyyatı davam edir. Gəmini əvvəlcə Türkiyə ərazi suları daxilində Türkiyə sahil kateri, daha sonra isə Yunanıstan sahil mühafizəsi aşkar edib.

Manevrlər zamanı gəmi çevrilib, 6 nəfər ölüb, 14 nəfər isə xilas edilib. Əməliyyatda Hərbi Dəniz Qüvvələrinin gəmisi, xilasedici gəmi və Hərbi Hava Qüvvələrinin helikopteri iştirak edib.

Bundan əvvəl Lesbos sahillərində daha bir fəlakət baş verib. Miqrantları daşıyan və naviqasiya işıqları olmadan hərəkət edən kater təqib zamanı patrul kateri ilə toqquşub və çevrilib.

4 kişi, 1 qadın və 1 körpənin meyiti çıxarılıb. Aralarında 2 uşağın da olduğu 8 nəfəri isə xilas etmək mümkün olub.

Lesbos adası yaxınlığında sürət katerinin Yunanıstanın sahil mühafizəsi gəmisi ilə toqquşması nəticəsində altı miqrant ölüb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstan rəsmiləri məlumat verib.

Hadisə bu gün səhər saatlarında Aqrilianın təxminən 3,5 dəniz mili cənubunda baş verib.

Sahil mühafizəsinin məlumatına görə, xilasedicilər dörd kişi, bir qadın və bir körpənin meyitini aşkar ediblər. Bundan əlavə, səkkiz nəfər xəstəxanaya çatdırılıb.

Miqrantların qanunsuz daşınmasında şübhəli bilinərək 37 yaşlı Türkiyə vətəndaşı saxlanılıb. İlkin məlumatlara görə, sürət katerini məhz o idarə edib.

Yunanıstanın dənizçilik naziri Vasilis Kikilias insanların ölümündə məsuliyyəti miqrantları qanunsuz daşıyan qaçaqmalçıların üzərinə qoyub. Onun sözlərinə görə, hazırkı dəlillər sürət katerinin burun hissəsi ilə sahil mühafizəsi gəmisinin sol bortuna çırpıldığını göstərir. Hadisənin başvermə şəraiti araşdırılır.