Çuvaş Respublikasında mikroavtobus qəzaya uğrayıb, 11 nəfər ölüb - VİDEO

Region
  • 11 oktyabr, 2018
  • 17:39
Çuvaş Respublikasında mikroavtobus qəzaya uğrayıb, 11 nəfər ölüb - VİDEO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Çuvaş Respublikasında avtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 11 nəfər ölüb, daha 19-u yaralanıb.

“Report” xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Yük maşını və Kanaşdan Moskvaya gedən "Fiat" markalı sərnişin mikroavtobusu toqquşub", — deyə "İnterfax" Daxili İşlər Nazirliyinin (DİN) məlumatını sitat gətirib.

Qəza Bakı vaxtı ilə təqribən 20:10-da respublikanın Çeboksar rayonunda baş verib.

DİN-in məlumatına görə, qəzaya yük maşınının qarşı zolağa çıxması səbəb olub.

Çuvaş Respublikasında mikroavtobus qəzaya uğrayıb, 11 nəfər ölüb - VİDEO