Cozef Aunla Abbas Əraqçi Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Region
  • 14 oktyabr, 2026
  • 18:51
Cozef Aunla Abbas Əraqçi Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Yaxın Şərqdəki problemlər diplomatik yolla həll olunmalıdır.

"Report" xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirilib.

"Söhbət zamanı İranla Livan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, həmçinin ölkə rəsmiləri arasında təmas və danışıqların davam etdirilməsi də müzakirə edilib", - A. Əraqçinin "Telegram" kanalında qeyd olunub.