Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
- 06 may, 2026
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanda aprelin 23-də Türkiyə bayrağının yandırılmasının narahatlıq doğurduğunu bildirib.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, o bu barədə İstanbulda jurnalistlərə açıqlamasında danışıb.
"Mayın 4-də İrəvanda idim, bu mövzunu davamlı müzakirə etdim. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu (Türkiyə bayrağının yandırılmasını - red.) mənfi qəbul etdi, bilirsiniz. Ermənistan Prezidenti də eyni şəkildə bu məsələni qəbuledilməz adlandırdı. Ermənistan daxilində də hadisəni pisləyənlər, həmçinin buna sevinənlər də oldu", - C.Yılmaz qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağı yandırılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyən bəyanat yaymışdı.