Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb, futbolçulardan biri əməliyyat olunub - YENİLƏNİB

Region
  • 11 iyun, 2022
  • 07:40
Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb, futbolçulardan biri əməliyyat olunub - YENİLƏNİB

Tbilisidə yol qəzası zamanı baş nahiyəsindən ağır xəsarət alan Bolqarıstan yığmasının üzvü Todor Nedelev əməliyyat olunub.

“Report”un yerli bürosu xəbər verir ki, əməliyyat iki saat davam edib.

T.Nedelev bir həftə ərzində Tbilisidə həkimlərin nəzarəti altında qalacaq, daha sonra Bolqarıstana aparılacaq.

Həyatı təhlükədə olmayan 29 yaşlı yarımmüdafiəçinin tam bərpası üçün üç ay tələb olunacaq.

10:07

Bolqarıstanın futbol yığmasının üzvləri Tbilisidə qəzaya düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə futbolçuların hava limanından iki avtobusla mehmanxanaya çatdırılması zamanı baş verib.

Bir avtobusun digəri ilə toqquşması nəticəsində komandanın üzvü Todor Nedelev xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Yığmanın digər üzvləri arasında yaralanan olmayıb.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Millətlər Liqası çərçivəsində iyunun 12-də Tbilisidə “Dinamo Arena” stadionunda Gürcüstan-Bolqarıstan matçı keçiriləcək.

44 filmi