Bişkekdə yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər xilas edilib

Region
  • 16 yanvar, 2017
  • 08:10
Bişkekdə yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər xilas edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Manas beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ çıxarılıb.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Yelena Bayalinova bildirib.

Onun sözlərinə görə, hadisə yerindən 31 nəfərin meyiti və insan bədəninə aid 9 hissə aşkar edilib.

Qeyd edək ki, səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 37 nəfər ölüb.

Məlumata görə, təyyarə düşən kəndin rəsmi adı Daça-Suudur. 1986-cı ildə orada “Aeroflot” adlı bağ evləri tikilib. Hazırda kənddə 265 ailə yaşayır. Ümumilikdə Daça-Suuda 425 bağ yeri var. Xəbərdə bildirilib ki, kənd “Manas” hava limanının qərbində yerləşir. 

44 filmi