Azərbaycan icmasının nümayəndələri Ukrayna DİN-in binası qarşısında mitinq keçiriblər
- 10 yanvar, 2018
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan icmasının nümayəndələri Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, aksiyada 150 nəfər iştirak edib.
Onlar hüquq-mühafizə orqanlarını Ukraynadakı azərbaycanlılara təzyiq edən, onları oğurlayan cinayətkarlara qarşı tədbirlər görməyə çağırıblar.
Bəzi mitinq iştirakçılarının fikrincə, cinayətkarlar güc strukturlarından qorxmurlar və Ukraynada sahibkarlıqla məşğul olan 20-dən çox azərbaycanlı oğurlanıb.
Aksiya iştirakçıları üzərində "Ukraynaya sərmayə qoymaq istəyirəm, amma bu, təhlükəlidir", "90-cı illər geri qayıdır", "Ukraynada quldurluğa qarşıyıq. Bizi qoruyun" yazılmış plakatlar tutublar.