AXC-nin elan edildiyi bina bərpaya hazırlanır
Region
- 01 mart, 2021
- 13:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın əsaslı təmir-bərpası işlərinə başlanılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binası qarşısında taxta hasar çəkilib və rənglənmə işləri aparılır.
Binaya giriş-çıxışı təmin etmək üçün xüsusi dəmir pilləkən də quraşdırılıb.
Qeyd edək ki, tarixi binanın bərpası layihəsinin ümumi dəyəri 34 milyon lari (10,2 milyon ABŞ dollarından çox) təşkil edir. Yenidənqurma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. Təmir-bərpa işləri binanın fasadı ilə yanaşı, interyeri və daxili həyətində də aparılacaq. XIX əsrin əvvəllərində inşa olunan bina Gürcüstanın mədəni irs abidəsidir.
Son xəbərlər
16:39
"Fitch": Yüksək kapital rentabelliyi "MDB+" banklarını xaricdə satın almalara sövq edir
Maliyyə
16:33
Seymur Bəydəmirov "Xankəndi"nin qapıçı məşqçisi vəzifəsinə təyin olunub
Futbol
16:33
OPEC: Avqustda BTC ilə neft ixracı 8 % artıb
Energetika
16:32
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb
İKT
16:25
Fransa Təhsil Nazirliyi: Etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb
Digər ölkələr
16:25
Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 103 min barel geri qalıb
Energetika
16:23
Foto
Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
Hadisə
16:22
Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub
Futbol
16:17
Azərbaycan əhalisinin İKT məhsulu alışına çəkdiyi xərc sentyabrda 34 % artıb
İKT