OPEC: Avqustda BTC ilə neft ixracı 8 % artıb

Energetika
  • 13 oktyabr, 2026
  • 16:33
OPEC: Avqustda BTC ilə neft ixracı 8 % artıb

Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 542 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Bu ilin iyul ayı ilə müqayisədə avqust ayında BTC ilə neft nəqli 8 % və ya gündəlik 39 min barel çoxdur.

Ümumilikdə, bu ilin avqust ayında BTC boru kəməri ilə neft nəqli keçən ilin avqust göstəricisinə nisbətən 2 % və ya 9 min barel/gün azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.