Ali nümayəndə: Aİ Gürcüstanın uzaqlaşmasından getdikcə daha çox narahat olur

Region
  • 30 avqust, 2024
  • 08:46
Ali nümayəndə: Aİ Gürcüstanın uzaqlaşmasından getdikcə daha çox narahat olur

Avropa İttifaqı (Aİ) Gürcüstanın uzaqlaşmasından getdikcə daha çox narahat olur.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrell deyib.

“Avropa İttifaqından uzaqlaşan bu ölkənin trayektoriyası bizi getdikcə daha çox narahat edir", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Aİ Gürcüstan hakimiyyətinin parlament seçkilərində qələbə qazanacağı təqdirdə müxalifət partiyalarının fəaliyyətini qadağan etmək planlarının cavabsız qalmayacağını bəyan etmişdi və Gürcüstan hakimiyyəti buna dərhal cavab vermişdi.