Azərbaycan və Qazaxıstan tranzit yük daşımalarını optimallaşdırmaq istəyir

İnfrastruktur
  • 14 oktyabr, 2026
  • 18:15
Azərbaycan və Qazaxıstan tranzit yük daşımalarını optimallaşdırmaq istəyir

Azərbaycan və Qazaxıstan tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində limanlar arasında koordinasiyanı artırmaq niyyətindədilər.

"Report"un "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı müzakirələr AZCON Holding və ADY-nin nümayəndə heyətinin Qazaxıstana həyata keçirdiyi səfər zamanı aparılıb.

Məlumata görə, səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, "Aktau Beynəlxalq Konteyner Qovşağı" MMC, həmçinin "Sarja" multimodal terminalının infrastrukturu yerində nəzərdən keçirilib. Qeyd edilib ki, regionun nəqliyyat-logistika potensialının artırılmasında bu liman və terminalların həyata keçirdiyi əməliyyatlar əhəmiyyətli yer tutur.

Liman rəhbərləri ilə keçirilən görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi, yükaşırma proseslərinin effektivliyinin yüksəldilməsi və rəqəmsal informasiya mübadiləsinin qurulması ilə əlaqədar məsələlər nəzərdən keçirilib.

44 - Tezliklə