Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub
Qarabağ
- 02 may, 2026
- 09:10
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün səhər saatlarında Şuşada inşa edilən məscidi (Yeni Şuşa) ziyarət ediblər.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyəti şəhərin sərvətinə çevrilməsi nəzərdə tutulan yeni obyektin inşasının gedişatı ilə tanış olub.
Qeyd edək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci ildə qoyulub.
Xatırladaq ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Son xəbərlər
23:39
Tovuzda iki gənc qızı avtomobil vurub
Hadisə23:27
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
Digər ölkələr23:14
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
Region23:10
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05