Serbiyalı səyahətçi: "Qarabağda kənd təsərrüfatının inkişafı üçün münbit zəmin var"

Qarabağ
  • 18 fevral, 2022
  • 16:22
Serbiyalı səyahətçi: Qarabağda kənd təsərrüfatının inkişafı üçün münbit zəmin var

“Qarabağdakı dağıntılar, müharibənin fəsadları mənə keçmiş Yuqoslaviyada baş verənləri xatırlatdı”.

“Report” xəbər verir ki, bunu serbiyalı səyahətçi Corce Radinoviç Kapraloviç azad edilmiş ərazilərə səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, Qarabağda kənd təsərrüfatı, o cümlədən arıçılığın inkişafı üçün böyük potensial olduğunu vurğulayıb. Qonağın fikrincə, zəngin təbii ehtiyatlara malik olan Qarabağ bölgəsində inkişaf və rifah üçün hər cür imkanlar mövcuddur.

Xatırladaq ki, 21 ölkədən olan bir qrup tanınmış səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç gün ərzində Füzuli -Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu ilə səyahət edərək həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.