​Səfir: "Azərbaycanın işğal edilmiş ərazisində keçirilən "seçki" münaqişənin kəskinləşməsinə səbəb olacaq"

Qarabağ
  • 04 may, 2015
  • 13:47
​Səfir: Azərbaycanın işğal edilmiş ərazisində keçirilən seçki münaqişənin kəskinləşməsinə səbəb olacaq

Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilən "seçki" gərginliyin yaranmasına və münaqişənin kəskinləşməsinə səbəb olacaq". "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran KİV-inə müsahibəsində deyib.

Səfir bu məsələdə ölkəsinin mövqeyini açıqlayıb: "İran bu qənaətdədir ki, "seçkilər"in keçirilməsi münaqişənin həlli yolu deyil. Münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu problemlə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirirməlidir".

Möhsün Pakayin Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin və məscidlərin dağıdılmasını beynəlxalq hüquq normalarına zidd addım adlandırıb: "Dünyanın istənilən ölkəsində tarixi binaların, mədəni irsin məhv edilməsi qanunsuz və beynəlxalq hüquqa zidd hərəkətdir".