Rusiya səfiri: "Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakı və Yerevanın yaxınlaşmasına kömək edəcək"

Qarabağ
  • 10 fevral, 2017
  • 12:23
Rusiya səfiri: Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakı və Yerevanın yaxınlaşmasına kömək edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".

"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

"Ümumiyyətlə, Rusiya Qafqazda sülh və sabitliyin bərqərar olunmasının tərəfdarıdır. Münaqişənin sülh yolu ilə həllindən başqa, alternativ yol görmürük. ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla tərəflərin mövqelərini yaxınlaşdırmağa yönəlik addımlar atmağa davam edəcəyik" - səfir bildirib.