Prezidentin köməkçisi: "Ermənistanda muzdluların olması “Reuters”in reportajında təsdiqlənib"
- 01 noyabr, 2020
- 21:01
Yeniliklərdən dərhal xəbərdar olun!
"Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında təsdiqlənib. Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçuları Ermənistandadırlar".
"Report"un xəbərinə görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
Presence of foreign fighters and mercenaries in the ranks of Armenia's armed forces are reaffirmed in the reportage of @Reuters. We have stated on multiple occasions that Amenia involves mercenaries from Lebanon and Syria along with PKK terrorists. https://t.co/uy3LOTcoVW pic.twitter.com/8WU1nVcJLH
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 1, 2020