Lavrov Cavad Zərifə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vyanada keçirilən görüş haqqında məlumat verib

Qarabağ
  • 17 may, 2016
  • 08:54
Lavrov Cavad Zərifə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vyanada keçirilən görüş haqqında məlumat verib

Bakı. 17 may. REPORT.AZ/ Rusiya və İran XİN rəhbərləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Vyanada Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

"Report" xəbər verir ki, görüşdə Rusiya diplomatiyasının rəhbəri iranlı həmkarını Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə  Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında məlumatlandırıb. 

Bundan başqa, nazirlər  digər məsələləri, o cümlədən Suriya münaqişəsini müzakirə edib.

44 filmi