Kəlbəcər şəhərinə köçən sakin: Uzun illər köçkün həyatı yaşasam da, bu gün çox sevincliyəm
- 15 sentyabr, 2025
- 05:38

"Uzun illər köçkün həyatı yaşasam da, bu gün çox sevincliyəm. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm".
"Report" xəbər verir ki, bu sözləri Kəlbəcər şəhərinə köçən edən keçmiş məcburi köçkün Cavid Orucov söyləyib.
Kəlbəcər şəhərindən məcburi köçkün düşəndə 2 yaşını olduğunu xatırladan O. Cavid bu gün 35 yaşında geri döndüyünü vurğulayıb:
"Bu gün biz qalib ölkənin vətəndaşları olaraq illədir həsrətində olduğumuz yurd yerlərinə təhlükəsizlik şəkildə geri qayıdırıq. İki yaşım olanda Kəlbəcəri məcbur tərk etmişdik. Hazırda dörd övladım var və onlarla Kəlbəcərə dönürük. Bu sakitçiliyi, sevinci və firavanlığı bütün insanlara arzu edirəm".
O, torpaqlarımızın azadlığını uğrunda mübarizədə canlarından keçən şəhidlərə rəhmət diləyib, yaralananlara cansağlığı, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.