Pakistanda yanacaq qiymətlərinin artması fonunda milyonlarla sürücü dəstək proqramına müraciət edib

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 10:05
Pakistanda yanacaq qiymətlərinin artması fonunda milyonlarla sürücü dəstək proqramına müraciət edib

Pakistanda yanacaq qiymətlərinin artması fonunda 11,83 milyon nəqliyyat vasitəsi sahibi əhaliyə yanacaq dəstəyi proqramında qeydiyyatdan keçib.

"Report" "Dawn"a istinadən xəbər verir ki, bu məlumatlar oktyabrın 14-nə olan vəziyyətə görə təqdim olunub.

Proqram aşağı gəlirli sürücülərə maaliyyə yardımını nəzərdə tutur.

Dəstək yanacaqdoldurma məntəqələrində istifadə edilə bilən elektron talonlar vasitəsilə göstərilir. Vətəndaşlar verilmiş 27,64 milyon talonun 91 %-dən çoxundan istifadə ediblər.