IMF: Azərbaycan 2026-cı ildə konsolidasiya siyasətinin icrasını davam etdirəcək
- 22 oktyabr, 2026
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qazaxıstan 2026-cı ildə konsolidasiya siyasətinin icrasını davam etdirəcək.
Bu barədə "Report" Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə "Qeyri-müəyyənlik şəraitində naviqasiya: çətin dövrlərdə dayanıqlılığın gücləndirilməsi" adlı oktyabr ayına dair regional iqtisadi icmalına istinadən xəbər verir.
"Azərbaycan və Qazaxıstanın 2026-cı ildə fiskal konsolidasiya istiqamətini qoruyub saxlayacağı, bununla belə Azərbaycanda bu kursun 2026-cı ildən sonrakı dövrdə də davam etdiriləcəyi proqnozlaşdırılır. Eyni zamanda, Ermənistan istisna olmaqla, Qafqaz və Mərkəzi Asiya regionunda neft idxalçısı olan əksər ölkələrdə büdcə siyasətinin 2026-cı ildə daha stimullaşdırıcı xarakter daşıyacağı, 2027–2028-ci illərdə isə məhdudlaşdırıcı siyasətlə əvəzlənəcəyi proqnozlaşdırılır", - hesabatda qeyd edilib.