Həmədani: "İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"
Qarabağ
- 01 sentyabr, 2015
- 09:47
Bakı. 1 sentyabr. REPORT.AZ/ "Qarabağ Azərbaycanın qədim torpağıdır, inanıram ki, bu torpaq tez bir zamanda işğaldan azad olunacaq".
"Report"un məlumatına görə, bunu İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib.
O, qədim tarixə malik ölkədə - Azərbaycanda olmasından çox şad olduğunu qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məni ölkəyə dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm".
Həmədani bildirib ki, İslam dini bərabərlik, həmrəylik dinidir: "Mən Azərbaycanda bu bərabərliyi, həmrəyliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir".
Son xəbərlər
22:55
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət22:47
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb
Xarici siyasət22:45
Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
Xarici siyasət22:39
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
Digər ölkələr22:36
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb
Futbol22:34
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib
Digər ölkələr22:25
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun tikintisində iştirak üzrə işçi qrup yaradıb
İnfrastruktur22:25
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Region22:14