"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb

Futbol
  • 22 sentyabr, 2026
  • 22:36
Borussiya klubu yeni baş məşqçisini açıqlayıb

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu Aleksander Blessini baş məşqçi vəzifəsinə təyin edib.

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Blessin bu postda sentyabrın 13-də vəzifəsindən ayrılan Oygen Polanskini əvəzləyib.

Münhenqladbax kollektivi 2026/2027 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.

Qeyd eək ki, Aleksander Blessinin son iş yeri Almaniyanın "Sankt-Pauli" klubu olub. 53 yaşlı mütəxəssis ötən mövsümün sonunda bu komanda ilə Bundesliqadan aşağı dəstəyə düşüb.